15/08/2013

"Sumqayt" FK "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir


Topaz Premyer Liqasının 3-cü turunda doğma azarkeşləri qarşısında "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq edən komandamızın heyətində zədəli futbolçular yer alır. Son turda "Qarabağ"la qarşılaşmada zədələnərək meydandan çıxan Adil İbrahimov və Orxan Əliyev fərdi məşqlərlə kifayətlənir. Bərpa prosesini tamamlayan kapitan Samir Abasov və Mirzağa Hüseynpur isə artıq komandaya qoşulub. 

Qeyd edək ki, A millidə yer alan Anar Nəzirov, Vurğun Hüseynov, Vüqar Əsgərov, U-21-də olan Kərim Diniyev, Slavik Alxasov, Nurlan Novruzov, U-19-un heyətində təlim-məşq toplanışında olan Ruslan Nəsirli və U-17-nin düşərgəsində yer alan Fərid Kərimzadə məşqlərə nisbətən gec qoşulacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" qarşılaşması avqustun 19-da saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.