11/08/2013

"Sumqayıt" FK "Qarabağ"la görüşdən məğlub ayrılıb


"Qarabağ" - "Sumqayıt" 5:1
11 avqust 2013. Saat 20:00. Bakcell stadionu. 1000 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, İsgəndər Əliyev
Dördüncü hakim: Sərxan İsmayılov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Məlik Həsənov
Sarı vərəqələr: Vüqar Əsgərov, 7 (simulyasiya); Vurğun Hüseynov, 57 (qeyri-idman hərəkəti); 82 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 65 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Vurğun Hüseynov, 82
Qollar: Nikolas Gelaşvili, 32; Marinaldo da Silva, 50; 78; Reynaldo Silva, 63; 90+1 // Elşən Abdullayev, 65
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.

“Qarabağ”
89. Miro Varvodiç
2. Qara Qarayev
5. Maksim Medvedev
7. Namiq Yusifov
9. Reynaldo Silva
11. Nikolas Gelaşvili
(88. Ulrix Kapolonqo, dəq.72)
14. Rəşad Sadıqov (k)
(24. Admir Teli, dəq.59)
16. Corc Leroy
25. Ansi Aqolli
(33. Təmkin Xəlilzadə, dəq.81)
55. Bədavi Hüseynov
70. Marinaldo da Silva

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
10. Muarem Muarem
18. İlqar Qurbanov
19. Murad Səttarlı

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
1. Anar Nəzirov
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
8. Aqşin Muxtaroğlu
10. Ruslan Qurbanov
17. Adil İbrahimov
(92. Bəxtiyar Həsənalızadə, dəq.51)
18. Aleksandr Çertoqanov (k)
21. Məhəmməd Mirzəbəyov
27. Nurlan Novruzov
86. Elşən Abdullayev
91. Vüqar Əsgərov
(5. Kərim Diniyev, dəq.82)

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
20. Sabir Allahquliyev
22. Zaur Həşimov

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 2-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Bakcell Arena"da "Qarabağ"a 1:5 hesabı ilə məğlub olub. Komandamızdan yeganə qolu 65-ci dəqiqədə Elşən Abdullayev vurub.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “İlk olaraq, "Qarabağ”ı Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanması ilə təbrik edirəm. Bizim üçün çox çətin oyun oldu. Azərbaycanın ən güclü komandasında qarşı oynadıq, müdafiədə çoxlu səhvlər buraxdıq. Komandanın fiziki hazırlığı 60%-dir”.

Elçin Rəhmanov, “Qarabağ” klubunun məşqçisi: “İlk hissə istədiyimiz kimi alınmadı. 2-ci hissədə isə daha yaxşı oynadıq. Vaxtında vurulan qollar oyunun nəticəsində özünü göstərdi. Milli komandanın oyunu ilə əlaqədar olaraq toplanışa çağrılmış oyunçularımıza görə AFFA-ya müraciət etməyəcəyik. Hamımız milli komanda üçün çalışırıq”.