17/07/2013

Məhəmməd Mirzəbəyov "Sumqayıt" FK ilə 2 illik müqavilə imzaladı


"Sumqayıt" Futbol Klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Ötən mövsümü klubumuzda icarə əsasında keçirmiş Məhəmməd Mirzəbəyov artıq "Sumqayıt"a məxsusdur. 23 yaşlı müdafiəçi klubumuzla ikiillik müqavilə imzalayıb.
Məhəmməd sabahdan komandanın Gürcüstandakı təlim-məşq toplanışına qoşulacaq.
Qeyd edək ki, Məhəmməd Mirzəbəyov 2012/13 mövsümündə Topaz Premyer Liqasında ümumilikdə 28 oyunda meydana çıxıb (2060 dəqiqə) və 1 qol vurub.