11/08/2011

Millinin oyunu Türk Telekom Arenada


Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də İstanbul şəhərində keçiriləcək Türkiyə – Azərbaycan oyununun stadionu müəyyənləşib. Qarşılaşma Ali Sami Yen Spor Kompleksi Türk Telekom Arenada keçiriləcək.

Yeri gəlmişkən, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də keçiriləcək Azərbaycan – Avstriya oyununun stadionu və başlanma vaxtı müəyyənləşib. Qarşılaşma AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da keçiriləcək və saat 21:00-da başlayacaq.