06/07/2013

"Sumqayıt" FK ilk yoxlama oyununda AZAL-la heç-heçə edib


2013/14 mövsümünün hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu ilk yoxlama oyununu keçirib. Aqil Məmmədovun yetirmələri Sumqayıt İdman Mərkəzində AZAL-la üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada qapılara qol vurulmayıb.