03/07/2013

Adil İbrahimov "Sumqayıt" FK ilə 2 illik müqavilə imzalayıb


"Sumqayıt" Futbol Klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Son olaraq, Budaq Nəsirov və Saşa Yunisoğlunu heyətinə qatan komandamız son olaraq "Fakel"də çıxış edən Adil İbrahimovu heyətinə qatıb. 24 yaşlı azərbaycanlı futbolçu klubla ikiillik müqavilə imzalayıb.
Qeyd edək ki, karyerasına "Ximki"də başlayan Adil İbrahimov Rusiya çempionatında 36 qarşılaşmada 2 qol vurub. "Skonto"nun heyətində 16 oyun keçirmiş adıçəkilən futbolçu "Fakel"də də 16 oyuna çıxıb.