28/06/2013

"Sumqayıt" FK iki tərəfli oyunla hazırlığını davam etdirir


Topaz Premyer Liqasının 2013/14 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu məşqlərini davam etdirir. Aqil Məmmədovun rəhbərliyi altında komandamız Sumqayıt İdman Mərkəzində iki tərəfli oyun keçirib. Baxışa gələn və müqavilə imzalanmış yeni transferlərin də iştirak etdiyi hazırlıq prosesi 90 dəqiqə davam edib. Bərpa prosesini tamamlayan Vurğun Hüseynov artıq komanda ilə birlikdədir.
Yenilərdən Budaq Nəsirov və Anar Nəzirov isə milli komandaların heyətində yer aldığı üçün hazırlığa nisbətən gec qoşulacaq.
Qeyd edək ki, "Sumqayıt" iyulun 6-da AZAL-la yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 19:00-da Sumqayıt İdman Mərkəzində baş tutacaq.