21/06/2013

3 futbolçumuz milli komandalara dəvət alıb


19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iyunun 21-dən 23-dək Bakıda, iyunun 23-dən iyulun 1-dək isə Avstriyada təlim-məşq toplanışında iştirak edəcək. "Sumqayıt" Futbol Klubunun 2 üzvü - Ruslan Nəsirli və Şamil Cəmaləddinov hazırlıq prosesinəqatılacaq.
Yeri gəlmişkən, iyunun 20-dən 29-a qədər isə Bakı şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. "Sumqayıt" FK-nun üzvü Şahmalıyev Aqşin toplanışda iştirak edəcək.