21/06/2013

"Sumqayıt" FK U-17 UNICEF qızlar liqasını 3-cü pillədə başa vurub


Bayıl stadionunda keçirilmiş iki oyunla U-17 UNICEF qızlar liqasının cari mövsümünə yekun vurulub. Finalda UGİM-9 "Zaqatala"nı 3:0 hesabı ilə məğlub edərək liqanın qalibi adını qazanıb. III yer uğrunda görüşdə isə "Sumqayıt" FK Tovuz komandasını 7:0 hesabı ilə məğlub edərək bürünc medallara yiyələnib.
Xatırladaq ki, "Sumqayıt" FK Premyer Liqada mübarizə aparan yeganə klubdur ki, iki qız komandası ilə Liqalarda mübarizə aparır.