21/06/2013

İki futbolçumuz “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən bəyənilib


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Bakcell şirkəti tərəfindən Bakıda və Azərbaycanın bir sıra regionlarında seçim turları təşkil olunub. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda - “Bakcell Arena”da təşkil olunacaq və “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplanışında iştirak edə biləcəklər.
Sumqayıt şəhərində keçirilmiş seçim turunda 5 futbolçu bəyənilib. Bunlardan ikisi "Sumqayıt" Futbol Klubunun üzvləri - Rüfət Abdullazadə (2001-ci il təvəllüdlü) və Samir Məhərrəmlidir (2002-ci il təvəllüdlü).