12/06/2013

Aqil Məmmədov “Sumqayıt” FK-nun baş məşqçisi təyin olundu


“Sumqayıt” Futbol Klubunu 2013/14 mövsümündə Aqil Məmmədov çalışdıracaq. Klubdaxili iclasdan sonra 41 yaşlı çalışdırıcı ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Aqil Məmmədov 2011/12 mövsümündə “Sumqayıt” FK-da futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında karyerasını rəsmən bitirib və əvəzedici komandaya köməkçi məşqçi təyin olunub. Sumqayıt şəhərində anadan olan və Sumqayıt futbol məktəbinin yetirməsi olan Məmmədov 2012/13 mövsümündə isə əsas komandada Bernhard Raabın köməkçisi olub.