08/06/2013

Vüqar Əsgərov: “Sumqayıt” FK-da uğurlu çıxış edib yenidən A milliyə çağırılmaq istəyirəm”


“Sumqayıt” Futbol Klubu 2013/14 mövsümü üçün növbəti transferini həyata keçirib. Komandamız Vurğun Hüseynovdan sonra Vüqar Əsgərovu da heyətinə qatıb. Sumqayıt şəhərində anadan olan 28 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanıb.
“Karyeramı vətənim Azərbaycanda davam etdirəcəyim üçün xoşbəxtən. Mən əslən Sumqayıt şəhərindənəm və burada dünyaya göz açmışam. Doğma şəhərimin komandasında çıxış edəcəyim üçün çox şadam. İnşallah “Sumqayıt” Futbol Klubunda uğurlu çıxış edib yenidən A milli komandaya çağırıla bilərəm. Burada uğur qazanacağıma inanıram”, - deyə Vüqar Əsgərov klubun rəsmi saytına açıqlama verib.
Qeyd edək ki, Vüqar “Metallurq”un heyətində hazırda davam edən Latviya çempionatında 7 oyunda meydana çıxıb 2 qol vurub və 2 qol ötürməsi edib.