07/06/2013

"Sumqayıt" FK - ORXAN ƏLİYEV


Azərbaycan futbolunun gələcək simaları sırasında göstərilən "Sumqayıt" Futbol Klubunun yarımmüdafiəçisi Orxan Əliyev 1995-ci il dekabrın 21-də anadan olub. 2011-ci ildən klubumuzda çıxış edən 17 yaşlı futbolçu başa çatan mövsümdə Topaz Premyer Liqasında 17 qarşılaşmada meydana çıxıb və 1252 dəqiqə meydanda olub.
Orxan Əliyev Pərdis Fərcad-Azad və Ruslan Qurbanovdan sonra "Sumqayıt" FK-nun üçüncü ən sərrast futbolçusudur. O, başa çatan mövsümdə 4 qol vurub. Nəzərinizə çatdıraq ki, adıçəkilən futbolçumuz 2011/12 mövsümündə 5 qola imza atmışdı.
Qeyd edək ki, Orxan başa çatan mövsümdə Premyer Liqanın final mərhələsinin sadəcə 1 oyununda çıxış edib. Adıçəkilən futbolçu 23-cü turda (11.03.2013) "Turan"ı məğlub etdiyimiz (4:0) görüşdə ciddi zədə aldığı üçün mövsümü erkən başa vurub.
Orxan başa çatan mövsümdə cəmi 1 dəfə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Almaniyad əməliyyat keçirmiş Orxan sentyabr ayında yaşıl meydanlara qayıdacaq.