07/06/2013

Mərkəzdə media otaqları və tablonun quraşdırılmasına başlanılıb


Sumqayıt İdman Mərkəzinin tikintisi davam etməkdədir. Hazırda, mərkəzin tribunasının dam örtüyünün quraşdırılması yönündə ilkin işlərə yekun vurulub. Dam örtüyünün asma tavanları və çardağ hissəsi isə quraşdırılmaqdadır. Bundan başqa, Sumqayıt İdman Mərkəzində tablonun və diktor otaqlarının quraşdırılmasına da start verilib. Yaxın günlərdə media otaqları və tablo tam hazır vəziyyətə gətiriləcək. Mərkəzin texniki sahəsində də yenidənqurma işləri aparılmaqdadır. Paltardəyişmə otaqları ilə yanaşı digər texniki otaqların hazırlanması prosesi davam edir.