11/08/2011

Millimiz Makedoniya yığması ilə qarşılaşıb


AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. 58-ci dəqiqədə Qoran Pandevin vurduğu qol sayəsində qarşılaşma 1:0 hesabı ilə Makedoniya yığmasının xeyrinə başa çatıb.

Oyunundan sonra hər iki komandanın baş məşqçisinin mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

 

Berti Foqts (Azərbaycan millisinin baş məşqçisi): «Təəssüf ki, ilk hissədəki oyunumuzu sonacan göstərə bilmədik. Buraxdığımız bir səhv məğlubiyyətimizə səbəb oldu. Beynəlxalq oyunlarda belə səhvləri bağışlamırlar. Nəticənin oyuna görə olub-olmadığını deməkdə çətinlik çəkirəm».

 

Boban Babunski (Makedoniya millisinin baş məşqçisi): «Bizi yoldaşlıq oyunu üçün Bakıya dəvət etdiyinə görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Düşünürəm ki, bu gün güclü komandaya qarşı oynadıq. Rəqibimizin son 3 ildəki oyunlarını araşdırmışdıq. Azərbaycan millisi düzgün yoldadır. Ötənilki ilə indiki Azərbaycan yığması arasında böyük fərq var. Qələbə qazanmağımızın əsas səbəbi müdafiədə düzgün oynamağımızdır».