23/04/2013

"Sumqayıt" İdman Mərkəzinin süni ot örtüyünün quraşdırılması davam edir


"Sumqayıt" İdman Mərkəzinin tikintisi davam etməkdədir. Mərkəzin süni örtüyünün Sumqayıta gətiriməsi və asfalt örtüyünün tam şəkildə hazırlanması barədə xəbər vermişdik. Artıq mərkəzin süni ot örtüyün quraşdırılması yekunlaşmaq üzrədir. Bir neçə gün əvvəl isə stadionun işıqlandırma sisteminin quraşdırılmasına başlanılıb. Yaxın günlərdə tribunalarda oturacaqların quraşdırılmasına başlanılacaq.