22/04/2013

AFFA prezidenti Rövnəq Abdullayev Sumqayıt İdman Mərkəzində olub


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində inşa edilən stadion və məşq meydançalarında görülən işlərlə tanış olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisindəki Sumqayıt İdman Mərkəzində müasir standartlara uyğun süni və təbii ot örtüklü bir neçə məşq meydançası tikilir.
Rövnəq Abdullayev təmir-tikinti işləri ilə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.