21/04/2013

"Sumqayıt" FK "Xəzər Lənkəran"la səfərdə heç-heçə edib


"Xəzər Lənkəran" - "Sumqayıt" 0:0
21 aprel 2013. Saat 19:00. Lənkəran şəhər mərkəzi stadionu. 2000 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, İsgəndər Əliyev
Dördüncü hakim: Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Elnur Allahverdiyev, 77 (qeyri-idman hərəkəti); Dimitrios Sialmas, 89 (qeyri-idman hərəkəti); 90+2 (bilərəkdən əl ilə oyun) // Can Akgün, 12 (qeyri-idman hərəkəti); Taner Taktak, 27 (qeyri-idman hərəkəti); 86 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); Bəxtiyar Həsənalızadə, 57 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Dimitrios Sialmas, 90+2 // Taner Taktak, 86
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

“Xəzər Lənkəran”
25. Orxan Sadıqlı
3. Vanderson Skarduelli
5. Elnur Allahverdiyev
7. Sadio Tounkara
(24. Gökhan Güleç, dəq.70)
8. Eder Bonfim
10. Elnur Abdullayev
(99. Marin Orsuliç, dəq.81)
11. Dimitrios Sialmas
14. Rahid Əmirquliyev (k)
16. Adrian Pit
27. Adrian Skarlatake
55. Ağabala Ramazanov
(9. Uğur Pamuk, dəq.75)

Ehtiyat oyunçular
30. Toni Doblas
17. Kazım Kazımlı
21. Radomir Todorov
35. Lusiano Olguin

Baş məşqçi: Con Toşak

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
4. Samir Abasov (k)
6. Taner Taktak
7. Pərdis Fərcad Azad
11. Sabir Allahquliyev
(95. Murad Doymuş, dəq.87)
13. Murad Ağayev
21. Məhəmməd Mirzəbəyov
77. Mirzəağa Hüseynpur
(8. Aqşin Muxtaroğlu, dəq.79)
86. Can Akgün
(91. Ruslan Qurbanov, dəq.63)
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
3. Aftandil Hacıyev
17. Emin Cəfərquliyev
22. Xəyal Mustafayev

Baş məşqçi: Bernhard Raab

"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, "Sumqayıt" FK növbəti oyununu aprelin 27-də səfərdə "Kəpəz"ə qarşı keçirəcək.

Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Bu gün qazandığımız bir xala görə komandanı təbrik edirəm. İlk hissədə qapıçımız iki real qol epizodunda komandanı xilas etdi. İkinci hissədə isə rəqib hücumameylli futbolçularla üstünlüyü ələ aldı. Buna baxmayaraq, oyun heç-heçə başa çatdı. Bu, bizim üçün önəmli bir xaldır”.


Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Xəzər Lənkəran”a gəldiyim gündən bəri ilk dəfə idi ki, birinci hissədə bu qədər yaxşı oynadıq. Hər iki hissədə 4 real qol imkanımız oldu. Lakin rəqib qapıçısının inamlı oyununu qeyd etməliyəm. Əlinə düşən imkanlardan istifadə edə bilmədikdə bu nəticə ilə kifayətlənməli olursan. Fikrimcə, ən azı 2-0 hesabı ilə qalib gəlməli idik”.