18/04/2013

"Sumqayıt" FK "Xəzər Lənkəran"la oyuna hazırlaşır


Topaz Premyer Liqasının növbəti turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Xeyli müddətdir zədəli olan Pərdis Fərcad-Azad və Can Akgün artıq məşqlərə başlayıb. Hər iki futbolçu bu gün keçirilmiş iki tərəfli oyunda çıxış edib. Yüngül zədəsi olan Slavik Alxasov və Murad Doymuş isə fərdi məşqlərlə kifayətlənib. U-19-un heyətindən qayıdan Ruslan Nəsirli və Şamil Cəmaləddinov da artıq komandaya qoşulub.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu saat 19:00-da start götürəcək.