14/04/2013

"Sumqayıt" FK AZAL-la görüşdən məğlub ayrılıb


Sumqayıt - AZAL 0:2
14 aprel 2013. Saat 17:00. “Bayıl Arena” stadionu. 200 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Elman Musayev, Coşqun Həsənov
Dördüncü hakim:
Elçin Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 21 (rəqibi əllə tutduğuna görə); Məhəmməd Mirzəbəyov, 31 (rəqibi əllə tutduğuna görə); Xəyal Mustafayev, 85 (qeyri-idman hərəkəti) // Taqim Novruzov, 42 (9,15 məsafəsinə riayət etmədiyinə görə); Oskars Klava, 54 (qeyri-idman hərəkəti); Tural Nərimanov, 89 (qeyri-idman hərəkəti)
Qollar:
Ruslan Tağızadə, 6; Junior Nildo, 30
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
4. Samir Abasov (k)
11. Sabir Allahquliyev
13. Murad Ağayev
17. Emin Cəfərquliyev
(8. Aqşin Muxtaroğlu, dəq.46)
21. Məhəmməd Mirzəbəyov
77. Mirzəağa Hüseynpur
(22. Xəyal Mustafayev, dəq.65)
91. Ruslan Qurbanov
92. Bəxtiyar Həsənalızadə
(6. Taner Taktak, dəq.46)
95. Murad Doymuş

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
3. Aftandil Hacıyev
25. Eldar Cankişiyev

Baş məşqçi: Bernhard Raab

AZAL
12. Cahangir Həsənzadə (k)
4. Jose Junior Ailton
23. Tural Nərimanov
20. Branislav Arsenyeviç
2. Juan Fransisko
15. Oskars Klava
(28. Con Oluremi, dəq.84)
6. Taqim Novruzov
(3. Usim Nduka, dəq.46)
32. Vladimir Boqdanoviç
22. Ruslan Tağızadə
(7. Cavid Tağıyev, dəq.79)
17. Viktor İqbekoyi
16. Junior Nildo

Ehtiyat oyunçular:
27. Ruslan Məcidov
9. Elşən Məmmədov
10. Tərlan Xəlilov
37. Andrius Veliçka

Baş məşqçi: Vaqif Sadıqov

Topaz Premyer Liqasının 26-cı turuna yekun vurulub. "Sumqayıt" Futbol Klubu Bayıl Arenada AZAL-a 0:2 hesabı ilə məğlub olub. Qonaq komandadan qolları Ruslan Tağızadə və Nildo vurub.

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Sumqayıt” komandasına qarşı keçirdiyim 5-ci oyunda ilk qələbəm idi. İki fərqli hissənin şahidi olduq. İlk hissədə komanda verilən tapşırıqları yerinə yetirdi. Təəssüf ki, bu cür gözəl oyunu 90 dəqiqə davam etdirə bilmədik. Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Heyətimizdə müəyyən itkilər olsalar da, gələcək oyunlarda da qələbə qazanmağa çalışacağıq”.

Bernhard Raab, “Sumqayıt” klubunu baş məşqçisi: “Rəvan”la son oyundan sonra komandanı ruhlandırmağa çalışdım. İlk 25 dəqiqədə heç nə ilə yadda qalmadıq. İkinci hissədə isə oyun sxemini dəyişdik. Topa daha çox nəzarət etməyə çalışdıq, daha çox risk etməyə başladıq. Son vuruşlarda qeyri-dəqiq oynadıq. Məğlub olduğumuz üçün təəssüflənirəm”


.