07/03/2013

Səlahət Ağayev və Pərdis Fərcad-Azad A milliyə dəvət alıb


A milli komandamız 2013-cu ilin martın 22-də səfərdə Lüksenburq, 26-da isə doğma azarkeşləri qarşısında Portuqaliya yığması ilə 2014-cü il FİFA Dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını keçirəcək. Bu məqsədlə martın 13-dən 26-dək milli komandamız təlim-məşq toplanışı keçirəcək. “Sumqayıt” Futbol Klubunun iki üzvü – Səlahət Ağayev və Pərdis Fərzad-Azad A millinin düşərgəsinə dəvət alıb.
Bundan başqa, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi martın 15-dən 17-dək Bakı şəhərində və martın 17-dən 28-dək Avstriyanın Karintiya şəhərində təlim-məşq toplanışı keçirəcək. Bu səbəbdən “Sumqayıt” FK-nun müdafiəçisi Slavik Alxasov U-21-in düşərgəsinə dəvət alıb.
Komandamızın üç üzvü – Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov isə 19 yaşadək futbolçulardan milli komandanın heyətinə çağırılıb.