06/03/2013

"Sumqayıt" FK "Turan"la oyunun hazırlığına start verdi


Topaz Premyer Liqasının təsnifat mərhələsinin son oyununda səfərdə "Xəzər Lənkəran"la heç-heçə edən (2:2) "Sumqayıt" Futbol Klubu ikinci "altılıq"ın "Turan"la keçiriləcək ilk matçı üçün hazırlıqlara start verib. Bir günlük istirahətin artından komandamız bu gün Bayıl Arenada növbəti məşqinə çıxıb. Heyətdə zədəli futbolçu yer almır. Əvəzedici komandadan Ruslan Nəsirli və Şamil Cəmaləddinov da əsas komandaya cəlb olunub.

Qeyd edək ki, "Sumqayıt" - "Turan" oyunun vaxtı hələ müəyyənləşməyib.