05/03/2013

"Sumqayıt" FK STATİSTİKA


Topaz Premyer Liqasında təsnifat mərhələsi başa çatıb. “Sumqayıt” Futbol Klubu 22 xal toplamaqla ikinci “altılıq” oyunlarına 10-cu pillədə yollandı. Komandamızın baş məşqçisi Bernhard Raab arxada qalan turlarda ümumilikdə 26 futbolçunun xidmətindən yararlanıb. Sol cinah müdafiəçimiz Slavik Alxasov (1800 dəqiqə) və hücumçumuz Pərdis Fərcad-Azad (1566 dəqiqə) 22 oyunun 20-də meydanda olub. Komandanın kapitanı Samir Abasov isə 19 qarşılaşmada 1710 dəqiqə oynayıb.

Slavik Alxasov – 20 oyun (1800 dəqiqə)
Pərdis Fərcad-Azad – 20 (1566)
Samir Abasov – 19 (1710)
Məhəmməd Mirzəbəyov – 17 (1185)
Ceyhun Sultanov – 16 (1312)
Murad Doymuş – 16 (1440)
Orxan Əliyev – 16 (1170)
Ruslan Qurbanov – 16 (1124)
Sabir Allahquliyev – 16 (572)
Murad Ağayev – 15 (1127)
Emin Cəfərquliyev – 15 (758)
Uğur Pamuk – 14 (1194)
Səlahət Ağayev – 14 (1160)
Aftandil Hacıyev – 13 (1111)
Taner Taktak – 11 (761)
Ramil Həşimzadə – 9 (497)
Xəyal Mustafayev – 8 (656)
Elçin Sadıqov – 6 (540)
Bəxtiyar Həsən-Alızadə – 6 (488)
Murad Hüseynov – 5 (102)
Mirzağa Hüseynpur – 4 (315)
Aqşin Muxtaroğlu – 4 (203)
Can Akgün – 4 (192)
Ruslan Nəsirli – 3 (121)
Anar Məhərrəmov – 2 (180)
Şamil Camaləddinov – 1 (45)

Pərdis Fərcad-Azad və Orxan Əliyev ən sərrast futbolçulardır
“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının arxada qalan 22 turunda 20 dəfə rəqib qapılarına yol tapıb. Komandamızın ən məhsuldar futbolçusu Azərbaycan əsilli hücumçu Pərdis Fərcad-Azaddır. 23 yaşlı futbolçu cari mövsümdə 5 qola imza atıb. 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyev isə 4 qolla bu siyahıda ikincidir. U-21-in üzvü Ruslan Qurbanov və Sabir Allahquliyev isə hərəyə 2 dəfə fərqləniblər.
Komandanın buraxdığı qollara gəlincə, 14 oyunda çərçivəni qoruyan Səlahət Ağayev 24 dəfə topu tordan çıxarmalı olub. İkinci qapıçı Elçin Sadıqov isə 6 oyunda meydana çıxıb və 7 dəfə məyus olub. İki görüşdə meydanda olan Anar Məhərrəmov isə qapısında 8 qol görüb.

Vurulan qollar: Pərdis Fərcad-Azad – 5 (qol), Orxan Əliyev – 4, Ruslan Qurbanov – 2 (1/1), Sabir Allahquliyev – 2, Murad Ağayev – 1, Aftandil Hacıyev – 1, Emin Cəfərquliyev – 1, Uğur Pamuk – 1, Ceyhun Sultanov – 1 (1/1), Məhəmməd Mirzəbəyov – 1. Mirzağa Hüseynpur – 1.

Buraxılan qollar: Səlahət Ağayev – 24, Elçin Sadıqov – 7. Anar Məhərrəmov – 8.