02/03/2013

"Sumqayıt" FK səfərdə "Xəzər Lənkəran"la heç-heçə edib


Xəzər Lənkəran – Sumqayıt 2:2
03 mart 2013. Saat 15:00. Lənkəran şəhər stadionu. 5500 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Elşən Acalov, İsgəndər Əliyev
Dördüncü hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Lusiano Olguin, 16 (qeyri-idman hərəkəti); Eder Bonfim, 38 (qeyri-idman hərəkəti); Adrian Pit, 52 (simulyasiya) // Murad Doymuş, 13 (qeyri-idman hərəkəti); Aqşin Muxtaroğlu, 38 (qeyri-idman hərəkəti); Məhəmməd Mirzəbəyov, 63 (qeyri-idman hərəkəti)
Qollar: Robert Alviz, 14 (p.); 66 (p.) // Mirzəağa Hüseynpur, 4; Orxan Əliyev, 47
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Xəzər Lənkəran”
30. Antonio Doblas
4. Alvaro Silva
5. Elnur Allahverdiyev
6. Robert Alviz
(10. Elnur Abdullayev, dəq.73)
8. Eder Bonfim
(24. Gökhan Güleç, dəq.88)
9. Uğur Pamuk
(7. Sadio Tounkara, dəq.75)
14. Rahid Əmirquliyev (k)
16. Adrian Pit
35. Lusiano Olguin
55. Ağabala Ramazanov
99. Marin Orsuliç

Ehtiyat oyunçular:
26. Tərlan Qasımzadə
17. Kazım Kazımlı
21. Radomir Todorov
97. Elnur Cəfərov

Məşqçi: Emin Quliyev

“Sumqayıt”
1. Səlahət Ağayev
4. Samir Abasov (k)
7. Pərdis Fərcad Azad
8. Aqşin Muxtaroğlu
(13. Murad Ağayev, dəq.46)
9. Orxan Əliyev
17. Emin Cəfərquliyev
21. Məhəmməd Mirzəbəyov
76. Can Akgün
(11. Sabir Allahquliyev, dəq.90+1)
77. Mirzəağa Hüseynpur
92. Bəxtiyar Həsənalızadə
95. Murad Doymuş

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
3. Aftandil Hacıyev
22. Xəyal Mustafayev
25. Eldar Cankişiyev
70. Şamil Camaləddinov

Baş məşqçi: Bernhard Raab

Topaz Premyer Liqasının birinci təsnifat mərhələsi başa çatıb. “Sumqayıt” Futbol Klubu səfərdə “Xəzər Lənkəran”ın qonağı olub. Oyuna surətli başlayan Bernhard Raabın komandası 4-cü dəqiqədə hesabı açıb. Orxan Əliyevdən ötürmə alan Mirzağa Hüseynpur rəqib qapıçı Antonio Doblasla dueldən qalib ayrılıb.
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Robert Alviz 14-cü dəqiqədə penalty zərbəsi ilə hesabı bərabərləşdirib.
İkinci hissədə də fərqlənən ilk klub “Sumqayıt” olub. Orxan Əliyev təxminən 30 metrlik məsafədən topu qapıdan keçirərək fantastik qola imza atıb.
Lakin meydan sahiblərində ilk qolun müəllifi olan Robert Alviz 66-cı dəqiqədə növbəti dəfə penaltidən yararlanaraq oyunun hesabını rəsmiləşdirib.

Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Hər iki komanda yaxşı oyun göstərdi. Futbolçularımı təbrik edirəm. Sona kimi mübarizə apardıq, komandamın oyunundan razı qaldım. İki qol vurduq, amma daha çox imkanımız var idi”.

Emin Quliyev, “Xəzər Lənkəran” klubunun məşqçisi: “Fərqlənmək üçün imkanlarımız var idi. Lakin bacara bilmədik. Sonadək mübarizə apardıq. Rəqibi bir xal qazanması ilə təbrik edirəm”.