28/02/2013

"Sumqayıt" FK "Xəzər Lənkəran"la oyuna hazırlaşır


Martın 3-də səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Səhər trenajor zalında hazırlaşan komandamız daha sonra məşqini Bayıl Arenada davam etdirib. Heyətdə zədəli futbolçu yer almır. Bernhard Raabın komandası martın 2-də Lənkərana yola düşəcək.

Xatırladaq ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu martın 3-də saat 15:00-da Lənkəran şəhər stadionunda keçiriləcək.