24/02/2013

"Sumqayıt" FK "Turan"a minimal hesabla məğlub olub


Sumqayıt - Turan 0:1
24 fevral 2013. Saat 15:00. Bayıl Arena stadionu. 200 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Elman Musayev, Rza Məmmədov
Dördüncü hakim: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Akif Məmmədov
Sarı vərəqələr: Slavik Alxasov, 22 (qeyri-idman hərəkəti); Aftandil Hacıyev, 78 (qeyri-idman hərəkəti) // Mikayıl Rəhimov, 56 (qeyri-idman hərəkəti); Asəf Qədiri, 61 (qeyri-idman hərəkəti)
Qollar: Salif Ballo, 45
İstifadə olunmamış penalti: Ruslan Qurbanov, 56
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Aftandil Hacıyev
4. Samir Abasov (k)
9. Orxan Əliyev
11. Sabir Allahquliyev
(76. Can Akgün, dəq.59)
21. Məhəmməd Mirzəbəyov
22. Xəyal Mustafayev
77. Mirzağa Hüseynpur
91. Ruslan Qurbanov
(6. Taner Taktak, dəq.72)
95. Murad Doymuş

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
8. Aqşin Muxtaroğlu
13. Murad Ağayev
17. Emin Cəfərquliyev
92. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Bernhard Raab

“Turan”
28. Andrey Popoviç
26. Aleksandr Krustkeviç
6. Mikayıl Rəhimov
(21. Elşad Manafov, dəq.90+3)
2. Dmitri Pospelov
3. Anatoli Stukalov
25. Antonio Rukavina
19. Asəf Qədiri
(7. Azər Məmmədov, dəq.63)
9. Murad Ağakişiyev
10. Ender Günlü (k)
23. İrakli Beraia
(20. David Janelidze, dəq.57)
11. Salif Ballo

Ehtiyat oyunçular:
27. Natiq Səhrətov
17. Fərmayıl Əliyev
4. Vüqar Bəybalayev
14. Yaroslav Suxanov

Baş məşqçi: Əfqan Talıbov

Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində “Sumqayıt” Futbol Klubu Bayıl Arenada “Turan”ı qəbul edirdi. Oyunda yeganə qol ilk hissənin sonuncu dəqiqəsində vurulub. Salif Ballo qapıçıdan qayıdan topu təkrar zərbə ilə tora qovuşdurub. Oyunun 56-cı dəqiqəsində yarımmüdafiəçimiz Ruslan Qurbanov penalty zərbəsindən yararlana bilməyib. Bu məğlubiyyətdən sonra “Sumqayıt” FK-nun “altılıq” şansı qalmayıb.

Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Bizim Ballo kimi hücumçumuz olsa idi ilk hissədə 2-3 top vura bilərdik. İlk hissədə yaxşı oynadıq. Rəqibin hesabı artırmaq üçün bir neçə qol imkanı oldu. Bu gün “Turan” qələbəyə layiq oyun göstərdi. Həmkarımı təbrik edirəm”.

Əfqan Talıbov, “Turan” klubunun baş məşqçisi: “Süni meydançada oynamaq futbolçularıma çətinlik yaradır. Bugünkü oyunda hər iki komanda mübarizə apardı, tərəflərdən heç biri aşkar üstünlüyə malik deyildi. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Maddi durumumuz yaxşılaşdıqca müqaviləsi bitəcək futbolçuları indidən komandada saxlamağa çalışacağıq”.