23/02/2013

Əvəzedicilər “Turan”la heç-heçə edib


Əvəzedicilərin çempionatında 21-ci turun oyunları arxada qalıb. “Sumqayıt” Futbol Klubunun əvəzediciləri Mehdi Hüseynzadə adına stadionda “Turan”ı qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 4:4 hesablı bərabərliklə yekunlaşıb. Komandamızın heyətində Ruslan Nəsirli və Eldar Cankişiyev dubl edib.

“Sumqayıt” 4-4 “Turan”
(Eldar Cankişiyev, 4; 57; Ruslan Nəsirli, 10; 21 // Cəlal Cəlalzadə, 65; Vasif Rzayev, 67; Elmixan Məmmədov, 70; Eltay Tağıyev, 90+3)