21/02/2013

“Sumqayıt” FK-nun “İllik Hesabat”ı hazırlanıb


“Sumqayıt” Futbol Klubunun rəsmi saytı növbəti layihəsini həyata keçirib. Belə ki, klubumuzun 2011/2012 mövsümündə gördüyü işlərlə bağlı “İllik Hesabat”ın elektoron variantı oxucuların ixtiyarına verilib. “İllkin Hesabat”da “Sumqayıt” Futbol Klubunun ötən mövsümdə gördüyü işlər barəsində məlumatlar dərc olunub. Təqdim olunan hesabatda hər ayın özünün məlumatları ilə yanaşı, klub haqqında statistik məlumatlar, azarkeşlərimiz və lisenziyalaşma haqqında ətraflı məlumat verilib. “Sumqayıt” FK-nun “İllik Hesabat”ı saytımızın əsas səhifəsində yerləşdirilmişdir. Bundan başqa, www.hesabat.sfc.az linkinə daxil olmaqla da, “İllik Hesabat”la tanış ola bilərsiniz.