20/02/2013

"Sumqayıt" FK "Turan"la oyunun hazırlığını davam etdirir


Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında "Turan"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Bayıl Arena-da məşqə çıxan komandamızın heyətində zədəli futbolçu yer almır. Zədə səbəbindən "Qarabağ"la qarşılaşmada iştirak etməyən Murad Ağayev də artıq sıraya qayıdıb. Əvəzedici heyətin üzvü Fərid Kərimzadə də hazırda əsas komanda ilə hazırlaşır.

Qeyd edək ki, "Sumqayıt" - "Turan" oyunu fevralın 24-də saat 15:00-da Bayıl Arenada keçiriləcək.