16/02/2013

"Sumqayıt" FK səfər meydanında "Qarabağ"a məğlub olub


"Qarabağ" - "Sumqayıt" 3:0
16 fevral 2013. Saat 16:00. Tofiq Bəhramov adına Respublika stadionu. 350 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Coşqun Həsənov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Fazil Mürşüdov
Sarı vərəqələr: Rəşad Sadıqov, 18 (qeyri-idman hərəkəti) // Bəxtiyar Həsənalızadə, 3 (qeyri-idman hərəkəti); Pərdis Fərcad Azad, 56 (sistematik qayda pozuntusuna görə)
Qollar: Vaqif Cavadov, 29; Admir Teli, 83; Rəşad Sadıqov, 87
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

“Qarabağ”
1. Fərhad Vəliyev
2. Qara Qarayev
5. Maksim Medvedev
7. Namiq Yusifov
(6. Hacı Əhmədov, dəq.86)
10. Muarem Muarem
(21. Reynaldo Silva, dəq.62)
14. Rəşad Sadıqov (k)
20. Riçard Almeyda
24. Admir Teli
25. Ansi Aqolli
70. Vaqif Cavadov
(11. Branimir Subaşiç, dəq.76)
17. Vüqar Nadirov

Ehtiyat oyunçular:
89. Miro Varvodiç
18. İlqar Qurbanov
22. Əfran İsmayılov
55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
4. Samir Abasov (k)
5. Murad Doymuş
6. Taner Taktak
(91. Ruslan Qurbanov, dəq.68)
9. Orxan Əliyev
11. Sabir Allahquliyev
17. Emin Cəfərquliyev
(76. Can Akgün, dəq.46)
21. Məhəmməd Mirzəbəyov
77. Mirzağa Hüseynpur
(7. Pərdis Fərcad Azad, dəq.46)
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
3. Aftandil Hacıyev
8. Aqşin Muxtaroğlu
22. Xəyal Mustafayev

Baş məşqçi: Bernhard Raab

"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın qonağı olub. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubundan qolları Vaqif Cavadov, Ansi Aqoli və Rəşad Sadıqov vurub.
Qeyd edək ki, "Sumqayıt" FK növbəti oyununu doğma azarkeşləri qarşısında "Turan"a qarşı keçirəcək.

Bernhard Raab (“Sumqayıt” klubunun baş məşqçisi): “Rəqib komanda qələbəyə layiq idi, oyuna nəzarət “Qarabağ”da idi. Heç bir təhükəli epizod yarada bilmədik. Rəqib qələbəyə tam şəkildə layiq idi”.

Qurban Qurbanov (“Qarabağ” klubunun baş məşqçisi): “Vacib üç xal qazandıq. Buna qədər “Sumqayıt” “Bakı” ilə matçda çox yaxşı oynamışdı. İlk hissədə oyunumuz istədiyimiz kimi alındı. İki qoldan sonra isə komanda daha rahat oynadı. Artıq bu qələbəni unudub irəlidəki oyunlara baxmalıyıq”.