12/02/2013

Əvəzedicilər 4 futbolçu ilə güclənib


Fasilədən sonra "Bakı" FK ilə qarşılaşmadan məğlub ayrılan (1:2) "Sumqayıt" Futbol Klubunun əvəzediciləri heyətini gücləndirib. Belə ki, "Lokomotiv"də forma geyinən 1995-ci il təvəllüdlü futbolçular - Anar Babayev və Əziz Qasımov komandamızla müqavilə imzalayıb. Bundan başqa, "Rəvan"ın əvəzedicilərində forma geyinən 1994-cü il təvəllüdlü Tapdıq Əliyev də "Sumqayıt"ın əvəzedicilərinə transfer olunub.
"Sumqayıt" FK-nun 17 yaşadək futbolçularından ibarət komandasının üzvü Süleyman Piriyev də əvəzedici komandaya cəlb olunub.