31/01/2013

"Sumqayıt" FK hazırlığını davam etdirir


Topaz Premyer Liqasının ikinci mərhələsi üçün hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu Bayıl Arena-da səhər məşqinə çıxıb. Məşqin əvvəlində daha çox fiziki hazırlığın artırılması yönünüdə çalışan komanda sonda iki tərəfli oyun keçirib. Milli komanda ilə Dubayda təlim-məşq toplanışında olan Səlahət Ağayev və Pərdis Fərcad-Azad məşqlərə nisbətən gec qoşulacaq. Murad Ağayev isə məşq zamanı zədə aldığı üçün hazırlığı tamamlaya bilməyib.

Xatırladaq ki, "Sumqayıt" FK fevralın 2-də saat 12:00-da "Dalğa Arena"da "Kəpəz"lə yoxlama oyununa çıxacaq.