28/01/2013

"Sumqayıt" FK "Kəpəz"lə yoxlama oyunu keçirəcək


Topaz Premyer Liqasının ikinci mərhələsinə hazırlaşan "Sumqayıt" Futbol Klubu məşqlərini davam etdirir. Bernhard Raabın komandası hazırlıq mərhələsi çərçivəsində fevralın 2-də növbəti yoxlama oyununa çıxacaq. Komandamız "Kəpəz"i sınağa çəkəcək. "Dalğa Arena"da baş tutacaq qarşılaşma saat 12:00-da başlayacaq.