26/01/2013

"Sumqayıt" FK "Rəvan"la qarşılaşıb


Topaz Premyer Liqasının ikinci mərhələsinə hazırlaşan "Sumqayıt" Futbol Klubu Bayıl Arena-da "Rəvan"la yoxlama oyununa çıxıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Bu gün həmçinin "Sumqayıt" FK-nun əvəzediciləri də "Rəvan"ın əvəzediciləri ilə görüşüb. Qarşılaşma rəqibin 4:1 hesabı qələbəsi ilə yekunlaşıb. Əvəzedicilərdə yeganə qolu Emin Cəbrayılov vurub.