25/01/2013

Əməkdaşımız “Trabzonspor”un media nümayəndələri ilə görüşüb


“Sumqayıt” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bir neçə gündür Türkiyənin Trabzon şəhərində səfərdədir. Səfərin məqsədi əməkdaşımızın “Trabzonspor” klubunda media işi ilə bağlı təcrübə toplamaqdır. “Trabzonspor”un bazası olan Mehmet Ali Yılmaz təssislərində yerləşən klubun media ofisində olan nümayəndəmiz “bordo-mavililər”in rəsmi jurnalının baş kordinatoru Serdal Şahin, komandanın media nümayəndələri Alaatin Kazancı və Nuri Bekarla görüşərək onların iş sistemi ilə tanış olub. Əməkdaşımız "Avni Aker" stadionunda Türkiyə kuboku çərçivəsində keçirilmiş "Trabzonspor" - "Mersin İdman Yurdu" oyununu da canlı izləyib.

Qeyd edək ki, Rəşad Məmmədov bir müddət əvvəl təcrübə keçmək üçün “Fənərbağça” və “Beşiktaş”ın damedia nümayəndələri ilə görüşmüşdü.