24/01/2013

Hazırlığını davam etdirən "Sumqayıt" FK "Rəvan"la yoxlama oyunu keçirəcək


Topaz Premyer Liqasının ikinci mərhələsinə hazırlaşan "Sumqayıt" Futbol Klubu məşqlərini davam etdirir. Bu gün Bayıl Arena-da məşqə çıxan komandamızın heyətində zədəli futbolçu yer almır. Belə ki, zədələrini sağaltmış Pərdis Fərcad-Azad, Murad Doymuş, Murad Ağayev və Sabir Allahquliyev komanda ilə məşqlərə başlayıb. Bernhard Raabın komandası günün ikinci məşqini isə trenajor zalında keçirib. "Sumqayıt" FK hazırlıq mərhələsi çərçivəsində yanvarın 26-da növbəti yoxlama oyununa çıxacaq. Komandamız "Rəvan"ı sınağa çəkəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.