23/01/2013

Əvəzedicilərimiz "Xəzər Lənkəran"ı minimal hesabla məğlub edib


"Sumqayıt" Futbol Klubunun əvəzedici komandası çempionatın ikinci mərhələsi üçün hazırlığını davam etdirir. Vaqif Paşayevin komandası növbəti yoxlama oyununa çıxıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Xəzər Lənkəran"ın əvəzediciləri ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Komandamızdan yeganə qolu Süleyman Piriyev vurub.