22/01/2013

Əvəzedicilər "Xəzər Lənkəran"la yoxlama oyunu keçirəcək


"Sumqayıt" Futbol Klubunun əvəzedici komandası çempionatın ikinci mərhələsi üçün hazırlığını davam etdirir. Vaqif Paşayevin komandası sabah növbəti yoxlama oyununa çıxacaq. Komandamız Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 15:00-da "Xəzər Lənkəran"ın əvəzedicilərini sınağa çəkəcək.