21/01/2013

“Sumqayıt” FK seleksiya xarakterli toplanış keçirib


“Sumqayıt” Futbol Klubu bu gün Bayıl Arena-da 1998-2002-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli təlim-məşq toplanışı keçirib. Bölgələrdən təşrif buyurmuş uşaqlar komandanın baş məşqçisi Bernhard Raab, onun köməkçiləri və akademiyanın məşqçilər heyəti tərəfindən yoxlanılıb. Üç saatdan artıq davam edən seleksiya xarakterli toplanışda 60-dan artıq futbolçu izlənilib.