20/01/2013

20 yanvar şəhidlərimiz anılıb


Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 23 il keçir. Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

"Sumqayıt" Futbol Klubunun rəhbərliyi, məşqçi və futbolçu heyəti Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək 20 yanvar şəhidlərini anıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!