19/01/2013

"Sumqayıt" FK əvəzedicilərlə yoxlama oyunu keçirib


Topaz Premyer Liqasının ikinci təsnifat mərhələsinə hazırlaşan "Sumqayıt" Futbol Klubu ilk yoxlama oyununu keçirib. Bernhard Raabın komandası əvəzedicilərlə üz-üzə gəlib. Bayıl Arena-da baş tutan görüşdə əsas komanda əvəzediciləri 2:0 hesabı ilə üstələyib. Qolları hazırda əsas komandada baxışda olan Faiq Ağarəhimov və penaltidən Aydın Qasımov vurub.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti yoxlama oyununu yanvarın 26-da "Rəvan"a qarşı keçirəcək.