18/01/2013

“Sumqayıt” FK U-14 "U-14 Azərbaycan kuboku"da iştirak edəcək


AFFA-nın inzibatı binasında yanvarın 25-dən fevralın 10-dək müddətdə təşkil olunacaq "U-14 Azərbaycan kuboku" turnirinin püşkatması keçirilib. Püşkün nəticəsinə əsasən, komandaların qruplar üzrə bölgüsü aşağıdakı kimidir:

A qrupu
Bakı
Sumqayıt
Lokomotiv
Şimal-Qərb yığması

B qrupu
Neftçi
Neftçi İSM
Xəzər-Lənkəran
Cənub yığması

C qrupu
Qarabağ
Turan
AZAL
Şimal yığması

D qrupu
İnter
Rəvan
Qərb yığması
Mərkəz yığması

“Sumqayıt” Futbol Klubunun 14 yaşadək futbolçulardan ibarət komandası A qrupunda mübarizə aparacaq. Komandamız “Bakı”, “Lokomotiv” və Şimal-Qərb yığması ilə qarşılaşacaq. A qrupunun oyunları “Dalğa Arena”da keçiriləcək. Təqvimlə sizi tanış edirik:

25 yanvar
11:30 “Sumqayıt” FK- “Lokomotiv”

26 yanvar
14:30 “Bakı” – “Sumqayıt” FK

28 yanvar
10:00 “Sumqayıt” FK - Şimal-Qərb yığması