16/01/2013

Ruslan Nəsirli və Şamil Camaləddinov da “Trabzonspor”un düşərgəsinə yollanacaq


Sumqayıt” Futbol Klubunun daha iki üzvü “Trabzonspor”un düşərgəsinə yollanacaq. Belə ki, “bordo-mavililər” Orxan Əliyevdən başqa, hücumçumuz Ruslan Nəsirli və yarımmüdafiəçimiz Şamil Cəmaləddinovu da baxışa dəvət edib. Bu gün “Sumqayıt” FK-na “Trabzonspor” Futbol Klubunun rəsmisi Özkan Sümer tərəfindən faks daxil olub.

Qeyd edək ki, Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov yanvarın 22-dən 29-dək “Trabzonspor”un düşərgəsində olacaq.