16/01/2013

“Sumqayıt” FK Bayıl Arena-da növbəti məşqinə çıxıb


“Sumqayıt” Futbol Klubu Bayıl Arena-da növbəti məşqinə çıxıb. Səhər saatlarında daha çox fiziki hazırlıq üzərində çalışan komandamız məşqin sonunda iki tərəfli oyunla kifayətlənib. Xəstə olduğu üçün Ruslan Qurbanov və Emin Cəfərquliyev bugünki məşqdə iştirak etməyib. Bərpa prosesi keçən Murad Ağayev və Sabir Allahquliyev fərdi məşqlərlə kifayətlənib. Yüngül zədəsi olan Pərdis Fərcad-Azad və Murad Doymuş hazırlığını trenajor zalında davam etdirib.