14/01/2013

"Milliyet" qəzeti Orxan Əliyevin "Trabzonspor"a yollanacağından yazıb


"Sumqayıt" Futbol Klubunun üzvü Orxan Əliyevin “Trabzonspor”a baxışa dəvət olunması Türkiyə mətbuatının da diqqətini çəkib. Belə ki, qardaş ölkənin aparıcı mətbuat orqanlarından sayılan “Milliyet” qəzeti futbolçumuzun "bordo-mavililər"in heyətinə yollanacağı xəbərini təsdiqləyib. "Milliyet" qəzetinin internet səhifəsi (http://skorer.milliyet.com.tr/aliyev-surprizi/trabzonspor/detay/1655118/default.htm) xəbəri “Əliyev sürprizi” başlığı ilə yayıblayıb.
Xəbərdə “Trabzonspor”un 18 yaşlı Orxan Əliyevlə maraqlandığı və futbolçumuzun baxışdan keçmək üçün Türkiyəyə çağırıldığı qeyd edilib. Həmçinin bildirilir ki, Qara dəniz təmsilçisi Əliyevi heyətinə qatacağı halda türk oyunçu statusundan yararlanacaq.
Qeyd edək ki, “Trabzonspor” Orxan Əliyevi baxışa çağırıb. Gənc futbolçu yanvarın 22-dən 29-dək baxışdan keçəcək.