14/01/2013

“Sumqayıt” FK məşqlərə start verdi


“Sumqayıt” Futbol Klubu istirahəti başa vurub. Komanda Bernhard Raabın rəhbərliyi altında Bayıl Arena-da ilk məşqinə çıxıb. Səhər saatlarında hazırlıq keçən komandanın heyətində zədəli futbolçu yer almır. Bərpa prosesini yekunlaşdırmış Murad Doymuş və Taner Taktak artıq komanda ilə birlikdə məşq edir. U-19 heyətində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə iştirak edən Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov isə məşqlərə nisbətən gec qoşulacaq.

Qeyd edək ki, “Sumqayıt” FK gündə iki dəfə olmaqla hazırlığını davam etdirəcək. Bernhrad Raabın komandası bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız yanvarın 19-da əvəzedicilər, 26-da “Rəvan” və fevralın 2-də “Kəpəz”lə üz-üzə gələcək. Yoxlama oyunlarının keçiriləcəyi saatlarla bağlı saytımızda məlumat verəcəyik.