11/01/2013

Orxan Əliyev “Trabzonspor”a yollanacaq


“Sumqayıt” Futbol Klubunun və 19 yaşadək futbolçulardan ibarət millimizin hüumçusu Orxan Əliyevə növbəti təklif gəlib. “Portu”dan sonra indi də “Trabzonspor” Futbol Klubu 17 yaşlı futbolçumuzu baxışa dəvət edib. Dünən “Sumqayıt” FK-na “bordo-mavili” klubun rəsmisi Özkan Sümer tərəfindən faks daxil olub. Orxan Əliyev yanvarın 22-dən 29-dək “Trabzonspor”un düşərgəsində olacaq.

Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə “Sumqayıt” FK-nun heyətində Topaz Premyer Liqasında 12 qarşılaşmada (836 dəqiqə) meydana çıxıb və 2 qol vurub.