09/01/2013

"Sumqayıt" FK "Rəvan" və "Kəpəz"lə qarşılaşacaq


"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının ikinci dövrəsi üçün hazırlığa yanvarın 13-də start verəcək. Bayıl Arena-da hazırlaşacaq komandamız bir neçə yoxlama görüşü keçirəcək. "Sumqayıt" FK-nun fasilə ərəfəsində keçirəcəyi iki yoxlama oyunu müəyyənləşib. Belə ki, Bernhard Raabın komandası yanvarın 26-da "Rəvan", fevralın 2-də isə "Kəpəz"lə yoxlama oyunu keçirəcək. Oyunların keçirilmə məkanı və keçirilmə vaxtı barəsində saytımızda məlumat verəcəyik.