09/08/2011

Raab “Sumqayıt Şəhər”in baş məşqçisidir


2011/12 mövsümündən etibarən Unibank Premyer Liqasında çıxış edəcək “Sumqayıt Şəhər” klubu yeni baş məşqçisinin kimliyinə aydınlıq gətirib. Almaniyalı mütəxəssis Bernhard Raab adıçəkilən komanda ilə 2 illik müqavilə imzalayıb. Ona 17 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Təbriz Həsənov və yığmanın sabiq kapitanı Aslan Kərimov (oynayan məşqçi) kömək edəcəklər.

Çalışdırıcının vizit vərəqəsi

Bernhard Raab (Almaniya)

17 mart 1966-cı ildə doğulub (45 yaşı var).

Futbolçu kimi Bundesliqada 31 oyun keçirib və 3 qol vurub. 1987-ci ilin yayında «Langensteynbax» klubundan «Karlsrue»nin həvəskarlar komandasına transfer olsa da, 1987/88 mövsümünün gedişində əsas komandada çıxış etməyə başlayıb. 1989-cu ilə kimi «Karlsrue»nin formasını geyinib.

1989/90 mövsümündə həmçinin 2-ci bundesliqada «Hessen Kassel»in şərəfini qoruyub: 22 matçda 4 dəfə fərqlənib.

1992-1999-cu illərdə Regionalliqada «Vehen» klubunda çıxış edib.

2006-2008-ci illərdə «Biebrix 02» komandasında əvvəlcə futbolçu, sonra isə oynayan məşqçi kimi fəaliyyət göstərib.

2008-ci ilin iyulundan «Vehen Visbaden»in gənclər mərkəzinə rəhbərlik edib. 2009-cu ilin aprelində müvəqqəti olaraq adıçəkilən klubun əsas komandasının da baş məşqçisi işləyib. 2010/11 mövsümündə isə «Vehen Visbaden»in 2-ci komandasını çalışdırıb.

 

Futbolçu karyerasının statistikası

1987/1988

Bundesliqa

Karlsrue

17 oyun

2 qol

1988/1989

Bundesliqa

Karlsrue

13

1

1989/1990

Bundesliqa

Karlsrue

1

0

 

2. bundesliqa

Hessen Kassel

22

4