"Kapital Bank Arena"

"Kapital Bank Arena" / İnzibatı Bina
2011/2012 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" Futbol Klubu hazırda ev oyunlarını "Kapital Bank Arena"da keçirir. Kompleksin inşasına 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən başlanılıb. İdman qurğusunun daxilində "Sumqayıt" Futbol Klubunun inzibati ofisi ilə yanaşı aşağıdakı hissələr də mövcüddur.

A komanda / Baş məşqçinin otağı
B komanda / Baş məşqçinin otağı
Akademiya üçün / Məşqçilər otağı
Tibb və Dopinq otağı
Konfrans Zalı
Fitness Zalı
Geyim və Avadanlıq anbarı
Texniki anbar
Yeməkxana
Sauna
İnzibati Heyət üçün otaq
Hakimlər otağı
Camaşırxana

Ünvanı: AZ 5000. Sumqayıt, S. Vurğun küçəsi, 25.
Tel/ Fax: (+994 12) 409 14 50

     
     
     
     
     
Kompleksin açılış mərasimində Mişel Platini İştirak edib
Müasir qurğu və avadanlıqlarla təchiz edilmiş yeni stadionun açılış mərasimi 2013-cü il sentyabrın 21-də keçirilib. Tədbirdə Azərbaycanda səfərdə olan UEFA-nın prezidenti Mişel Platini, AFFA-nın prezidenti Rövnəq Abdullayev, adıçəkilən qurumun baş katibi Elxan Məmmədov, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev, A milli komandanın baş məşqçisi Berti Foqts, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və KİV nümayəndələri iştirak edib.

  
  
  

"Sumqayıt" FK ilə "Kapital Bank" ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb
27 avqust 2014-cü il tarixində «Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti ilə "Sumqayıt" Futbol Klubu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə uyğun olaraq, Sumqayıt şəhərində Dövlət Neft Şirkəti tərəfindən inşa olunmuş yeni kompleks 1 il müddətində “Kapital Bank Arena” adlandırılacaq. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.
Bu münasibətlə keçirilən mətbuat konfransında "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev Kapital Bankla tərəfdaşlıq müqaviləsi barədə jurnalistlərə ümumi məlumat verib.
Daha sonra “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin I müavini Fərid Məmmədov çıxış edərək Kapital Bankın sosial məsuliyyət layihələrində idmana dəstəyin mühüm yer tutduğunu, ona görə Bankın "Sumqayıt" Futbol Klubunun fəaliyyətinə böyük məmnuniyyətlə dəstək verdiyini bildirib. Məmmədov populyar idman növü olaraq, futbolun Sumqayıtda zəngin tarixi ənənələrə də malik olduğunu diqqətə çatdırıb.